Bu gün, saat 15-00-da, Bakı İdman Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında tanınmış şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının imza və təqdimatı keçirilib. Yeni kitabın imza gününə ölkə ictimaiyyətinin, xüsusi ilə də ədəbi mühitin tanınmış simaları da qatılıb.
Təqdimatda çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli şairin yaradıcılığını yüksək qiymətləndirərək ona yaradıcı uğurlar arzulayıb.
Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzinin “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində işıq üzü görən kitabda 45 şeir toplanıb. Onlardan 33-ü yeni, 12-si beş il öncə çap olunan “Darıxmağın adı” kitabındandır. "Gecəniz şeirə..." kitabını yalnız sərgidə əldə etmək mümkündür. Bakıdan kənarda yaşayıb təqdimata gələ bilməyən oxucular bu kitabı regionlara hesablanmış "Kitab otağı" layihəsi çərçivəsində əldə edə biləcəklər.
hacishahin.az