XƏBƏRLƏR

"Onun vəfatı Azərbaycan cəmiyyəti, xüsusilə elmi mühit üçün böyük itkidir"

14 Oktyabr 2019 843

Oktyabrın 13-ü dünyaca məşhur şərqşünas-alim, akademik Vasim Məmmədəliyev vəfat edib. Alimin vəfatı ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdəki rəsmi səhifəsində yazıb:

 

"Hamımız Allahdanıq və Ona sarı qayıdırıq.

 

Bu gün görkəmli şərqşünas-alim, müqəddəs Qurani-Kərimi doğma dilimizə çevirən, uzun illər BDU-nun ilahiyyat fakültəsinə və BDU-nun ərəb dili filologiyası kafedrasına rəhbərlik edən, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Otuz ilə yaxın Azərbaycan insanı İslamın əsaslarını məhz Vasim müəllimin təqdimatında yayımlanan "Haqqın dərgahı" verilişi vasitəsilə tanıyıb. Onun Ziya Bünyadovla birlikdə dilimizə çevirdiyi Qurani-Kərim hələ də ən sanballı və etibarlı tərcümə sayılır.

 

Bu dəyərli ziyalının İslam qarşısında xidmətləri danılmaz və əvəzsizdir. Onun vəfatı Azərbaycan cəmiyyəti, xüsusilə elmi mühit üçün böyük itkidir. Allahdan Vasim müəllimə rəhmət, onun yaxınlarına səbr diləyirəm.

 

Allah rəhmət eləsin!"

 

hacishahin.az