XƏBƏRLƏR

Peyğəmbər (s) əzadarlığı Məşədi Dadaşda

28 Oktyabr 2019 1145

Oktyabrın 27-si Bakının Məşədi Dadaş məscidində İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s), onun əziz nəvəsi imam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadət günü ilə bağlı mərasim keçirilib. Tədbirdə məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli inanclılar qarşısında xütbə ilə çıxış edib.

 

İlahiyyatçının sözlərinə görə, ilahi övliyaların cəmiyyətlə davranışı çox zaman düşüncə sahibləri tərəfindən anlaşmazlıqla qarşılanıb. Çünki, övliyanın əsas missiyası cəmiyyəti nəyəsə məcbur etmək deyil, şəxsiyyət yetişdirməkdir. Bu səbəbdən də övliyalar cəmiyyətlə hesablaşıb, onlarla işarə dili ilə danışıb, yalnış seçimlərin qarşısını almayıb. Quranın "İstəmədiyiniz halda sizi məcbur edəcəmmi?" ayəsi övliyanın cəmiyyətlə münasibətinin əsas prinsipi olub. Bir çoxları da bu yanaşmadan sui-istifadə edərək övliyalara öz istəklərini qəbul etdirməyə çalışırdılar. Allah dostları yanlış qərar verməkdə, səriştəsiz idarəçilikdə ittiham olunurdular. Çünki, bir çoxunun uğurlu qərar və idarəçilik haqda təsəvvürlərinə uyğun deyil, daha uzaqgörən və daha fundamental addımlar atırdılar. Az insan tapılardı ki, qeyd-şərtsiz məsumlarla razılaşsın. Tarixdə yalnız bir dəfə İmam Hüseyn (ə) cəmiyyətin tələbinə qarşı çıxıb və tam istədiyi kimi davranıb, cəmiyyət də onu öldürüb. İmam Hüseyn (ə) onu göstərdi ki, cəmiyyət Peyğəmbərə (s) də layiqincə dəstək verməyib. Allah dostlarından ikinci dəfə özü istədiyi kimi yalnız sonuncu İmam (ə) davaranacaq ki, bu da cəmiyyətin yetkinləşməsi və ona dəstək olması ilə bağlıdır.    

 

 

Xütbədən sonra tanınmış Əhli-Beyt (ə) məddahları Seyid Peyman növhə və mərsiyələr oxuyub. Məclis Azərbaycan xalqı, torpaqları, bayrağı, ordusu və şəhidləri üçün dualarla başa çatıb.

 

hacishahin.az

 

 

2

 

 

1

 

 

3

 

 

4

 

 

5

 

 

6

 

 

7

 

 

8