XƏBƏRLƏR

"Oğurluğun əvvəli..." romanının təqdimatı keçirilib

04 Noyabr 2019 1304

3 noyabr tarixində gənc yazar Pərvin Nəsirsoyun "Oğurluğun əvvəli, o da ay işığında" romanının təqdimatı keçirilib. "Parlaq İmzalar" nəşriyyatının təşkilatçılığı ilə keçirilən tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli, yazıçı İlqar Kamil, fəlsəfə doktoru Mail Yaqub və digər ictimaiyyət nümayəndələri qatılıblar.

 

Pərvin xanım Nəsirsoyun təqdimat və imza gününə qatılan qonaqlar çıxış edərək roman haqda təəssüratları ilə bölüşüb, müəllifə yaradıcı uğurlar arzu ediblər. Daha sonra kitabdan parçalar qiraət olunub.   

 

Qeyd edək ki, "Oğurluğun əvvəli, o da ay işığında" müəllifin ilk kitabıdır. 

 

hacishahin.az