XƏBƏRLƏR

"Böyük dəyişikliklər önündə... bizim də bayrağımız dalğalanır"

09 Noyabr 2019 1135

İlahiyyatçı Hacı Şahin Həsənli Dövlət Bayrağı Günü münasibəti ilə səhifəsində təbrik paylaşıb. 

 

Təbrikdən sonra ilahiyyatçı bildirib ki, bəşəriyyət böyük bir dönəmi geridə qoyur və yeni mərhələyə üz tutur: "Bir çox xalqlardan fərqli olaraq, biz bu hadisələrin sadəcə şahidi deyil, həm də iştirakçısıyıq". Onun sözlərinə görə, böyük dəyişikliklərin önündə gedən xalqalrın bayraqları arasında bizim də üçrəngli bayrağımız dalğalanır. Bu bizim üçün bir qürurverici hal olmaqla yanaşı, məsuliyyətdir həm də. Böyük təlatümlər zamanı bayrağımızı və onun tərənnüm etdiyi dəyərləri qorumaq məsuliyyəti. İlahiyyatçı sözlərini Möminlər sərvəri həzrət Əlinin (ə) kəlamı ilə tamamlayıb:

 

 

"... Bəla və çətinliklərə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. O adamlar ki, bayraq təslim olmasın deyə, ondan geridə qalmaz və bayraq tərk olunmasın deyə, ondan önə qaçmaz..."

 

hacishahin.az