XƏBƏRLƏR

Türkiyənin tanınmış yazarı Bakıda

16 Noyabr 2019 1573

13-16 noyabr tarixlərində Türkiyənin tanınmış yazarı Əhməd Turqut Bakıda səfərdə olub. Məşədi Dadaş məscidi dini icmasının dəvəti ilə gerçəkləşən səfər zamanı məşhur qonağın ölkəmizlə yaxından ilk tanışlığıdır. Xatırladaq ki, bir çox kitabın müəllifi olan Ə. Turqut, Azərbaycanda daha çox "Eşqin şəhidi" və "Eşqin elçisi" kitabları ilə sevilib.

 

Səfər əsnasında türkiyəli qonaq Məşədi Dadaş məscidində keçirilən mövlud gecəsində iştirak edib, ictimaiyyət nümayəndələri tanış olub, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və tələbə heyəti ilə görüşüb. Noyabrın 15-i  "Parlaq İmzalar" nəşriyyat evinin dəstəyi ilə yazıçının imza günü keçirilib.

 

İlahiyyatçı Hacı Şahin Həsənli ilə görüşən Əhməd Turqut Azərbaycanda məzhəblərarası qardaşlıq mühitini yüksək dəyərləndirib. Öz növbəsində Hacı Şahin Həsənli bu qardaşlığın hüquqi öhdəlik deyil, yaşam tərzi olduğunu vurğulayıb. Daha sonra mənəvi dəyərlərinin sənət, xüsusilə ədəbiyyat vasitəsilə aşılanmasının zəruriliyi haqda söz açılıb.

 

 

hacishahin.az

 

movlud-11

 

 

76645574-2522550541294119-6479030510445133824-n

 

 

75576369-1794244067376118-1533976311687544832-n

 

 

14

 

 

Whats-App-Image-2019-11-17-at-22-40-47

 

 

Whats-App-Image-2019-11-17-at-22-40-46