XƏBƏRLƏR

Bayramlarınız mübarək!

31 Dekabr 2019 806

İlahiyyatçı Hacı Şahin Həsənli bugün öz rəsmi Facebook səhifəsində təbrik paylaşıb:

 

"Bu gün xalqımız həm təqvimin yenilənməsini, həm milli həmrəylik gününü qeyd edir. Eyni zamanda qəməri təqvimlə bu gün İslamı ayaqda saxlayan böyük insanın - həzrət Zeynəbin (s) mövlud gecəsidir".

 

İlahiyyatçının sözlərinə görə, bir-birindən ayrılmaz olan milli birlik və mənəvi dəyərlərimizi tərənnüm edən bayramlar yeni təqvim ilinin astanasında bir araya gəlib. 

 

Sonda Hacı Şahin Həsənli xoş arzularını yazıb: "Qarşıdan gələn ildə hər birinizə bol-bol uğur, yenilik və inkişaf arzu edirəm. Qoy yeni təqvim ili xalqımız üçün xeyir-bərəkətli olsun".

 

hacishahin.az