XƏBƏRLƏR

Əmircanda Həzrət Zeynəbin (s) mövludu

01 Yanvar 2020 750

Yanvarın 1-i Həzrət Zeynəbin (s) mövludu münasibəti ilə Əmircan qəsəbəsində yerləşən Qoşaminarəli (Murtuza Muxtar) məsciddə bayram tədbiri təşkil olunub. Tədbirə Əmircan və ətraf qəsəbələrin din xadimləri, ağsaqqal və inanclıları qatılıblar.

 

Hacı Şahin Həsənlinin imaməti ilə axşam namazı qılındıqdan sonra, ilahiyyatçı xütbə ilə çıxış edib. Xanım Zeynəbin (s) İslamı ayaqda saxlayan dahi qadın olduğunu vurğulayan alim, o xanımın şəxsiyyətinin iki əsas cəhətinə diqqət yönəldib. Xanım Zeynəb (s) tarix meydanında səbr və izzəti ilə tanınıb. Peyğəmbər (s) soyuna qarşı hücumlar, Kərbəla hadisəsi, qadın və uşaqların əsirliyi, Peyğəmbər (s) Əhli-Beytinin (ə) aşağılamaq cəhdləri - bunlar bu böyük şəxsiyyətin səbrlə yaşadığı ən ağır imtahanlar idi. Bununla belə, bu ağır yük və məsuliyyəti daşıyan Həzrət Zeynəb (s) hər zaman izzətini qorumuş, onun Kufə və Şamdakı çıxışları İslamın daxili düşmənlərinin planlarını alt-üst etmişdi. Dost da, düşmən də onun səbr və əzəməti qarşısında heyran olmuş, öz cinayətlərindən boyun qaçırmaq məcburiyyətində qalmışdı.

 

Xütbədən sonra tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov Peyğəmbərimizin (ə) əziz nəvəsinin şəninə sürud və qəsidələr oxuyub. Tədbir ehsan süfrəsi ilə başa çatıb.  

 

hacishahin.az

 

 

82241877-3396601987080479-46823879489880064-o

 

82192684-3396602917080386-3267271820675383296-o

 

81038194-3396602103747134-2516464657766547456-o

 

79387357-3396602520413759-7011351042033975296-o

 

81434936-3396602613747083-7284884800307986432-o