XƏBƏRLƏR

Hacı Şahin Həsənli "Şəms" mükafatını təqdim etdi

02 Yanvar 2020 2070

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində  "Şəms" milli mükafatlandırma mərasimi təşkil olunub.



Tədbir dekabrın 25-i Bakı Gənclər Mərkəzində keçirilib. Ənənəvi olaraq hər il keçirilən bu mərasimdə ictimai-siyasi xadimlər, memarlar, iş adamları, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları, fotojurnalistlər və digər tanınmış şəxslər də mükafat alıblar.



Tədbirdə ilahiyyatçı-alim Hacı Şahin Həsənli də iştirak edib. O, Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyevə mükafat təqdim edib.


hacishahin.az