Aprelin 12-si Bakıda Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini Bahar Muradova, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin (İRCİCA) baş direktoru Xalid Eren, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycandakı müxtəlif dini icmaların liderləri, bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
hacishahin.az