XƏBƏRLƏR

"Məşədi Dadaş" icması şəhidləri andı

20 Yanvar 2020 3633

Bu gün ənənəvi olaraq Məşədi Dadaş məscidi dini icması Şəhidlər Xiyabanını ziyarət edib. İcma üzvləri ilahiyyatçılar Hacı Şahin Həsənli, Hacı Zülfüqar Mikayılzadə, Hacı Cavid Pənahlı və  Hacı Zaur Məmmədovun rəhbərliyi ilə  azadlıq uğrunda canlarını qurban vermiş əziz şəhidlərimizin məzarları önündə dualar oxuyub, güllər qoyublar.

 

Qeyd edək ki, bu gün Azərbaycan xalqı milli azadlıq və müsətqillik uğrunda şəhid olmuş qəhrəmanlarını anır. 30 il öncə, 1990-cı ildə  yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə Sovet İttifaqının qoşunları yeridilmiş və dinc əhaliyə divan tutulmuşdu. Faciə zamanı yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

 

hacishahin.az

 

20-yanvar-6

 

20-yanvar-3

 

20-yanvar-9

 

20-yanvar-10

 

20-yanvar-16

 

20-yanvar-17

 

20-yanvar-18