"Gənclər günündə bütün Azərbaycan gəncliyini təbrik etmək istərdim. Peyğəmbərimiz (s) buyurub ki, gənclərin qəlbi fəzilətlərə və fəzilətlilərə daha çox meyillidir. Gənc gördüyü əyriliklərlə barışmaq istəmir və dünyanı gözəlləşdirəcəyinə inanır".
Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli gəncləri təbrik edib. Gənclər günü ilə bağlı paylaşdığı təbrikdə ilayiyyatçı davam edib: "Hərdən həyat təcrübəsinin azlığı, hərdən hadisələrə maksimalist yanaşma emosionallığa yol açır. Lakin, gənclərin bəzən ifrat görsənən inkarçı əhval-ruhiyyəsi onların paklığından, səmimiliyindən və sonsuz ümidlərindən qaynaqlanər. Məhz bu xüsusiyyət insanlığı irəli aparır".
İlahiyyatçı yazıb ki, gənclərlə mütəmadi ünsiyyətdə olan biri kimi, Azərbaycan gəncliyindən ilham alır. Onların sağlam ruhiyyəsi, inkişafa can atması, həyatın bütün imkanlarından yararlanmaq istəyi gələcəyimizin əmin əllərdə olduğunu sübut edir.
"Əziz gənclərimiz, hər zaman belə olun, həmişə həyat eşqi ilə dolub-daşın və saflığınızı qoruyun!" - deyə ilahiyyatçı gəncləri təbrik edib.
hacishahin.az