XƏBƏRLƏR

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş sərgi

04 Fevral 2020 1872

2 fevral 2020-ci il “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş Xocalı soyqırımı mövzusunda "Xocalı - tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açlışı  baş tutub.

 

Proqram Biləsuvarda Heydər Əliyevin heykəlinin ziyarətindən sonra start götürdü. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayaraq daha sonra Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş video çarxla açıq elan olunub. Təşkilatın sədri Elşən Əliyev çıxışında bildirib ki, bu rəsm sərgisi Heydər Əliyev Fonundun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə baş tutan “Xocaliya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilir.

 

Tədbirdə Elvin Abdullayevin rejissorluğu ilə çəkilən “MƏRİZ” filmi nümayişi olunub. “EMEDIA GROUP” Media təşkilatının sədr müavini Tural Nurməmmədovun sözlərinə görə, məhz Milli Qəhrəmanımız Mübariz İbrahimova görə  layihə Biləsuvar royonundan başlayıb.

 

Tədbirin ikinci hissəsində “XOCALI TARİXİN QAN YADDAŞI” adlı rəsm sərgisinin açlış mərasimi olub. Açlış mərasimində Layihənin bədii rəhbəri Ülkər Əbülfət rəsmlərin izahını və əsərlər müxtəlif janrlarda çəkildiyini bildirib Tədbirdə ictimai, siyasi, dini xadimlər və rəssamlar iştirak edib. Elşən Əliyev tədbirin baş tutmasında Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar Regional Mədəniyyət İdarəsi və xüsusi ilə Dövlət Rəsm Qalareyasının direktoru Rövşən Cənnətova dərin təşəkkürünü bildirib.

 

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli tədbirdə çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixində buraxdığı dərin izdən söz açıb.  

 

hacishahin.az

 

 

FB-IMG-1580856038770 

 

IMG-20200204-WA0043

 

 

IMG-20200204-WA0035

 

 

IMG-20200204-WA0036

 

 

FB-IMG-1580856997628

 

 

FB-IMG-1580857002616