9 fevral tarixində Azərbaycanda növbədənkənar parkament seçkiləri keçiriləcək. İlahiyyatçı Hacı Şahin Həsənli bu məsələyə cümə xütbəsində toxunaraq, seçkilərdə iştirakın əhəmiyyətini vurğulayıb:
"Mənim həmişə mövqeyim bu olub, hamıya da tövsiyə etmişəm ki, bir vətəndaş olaraq bu proseslərdə fəal iştirak etmək lazımdır".
Onun sözlərinə görə, hər bir kəs hansı meyarlar əsasında seçim etməli olduğunu bilməlidir. Çünki, hər hansı bir xalq taleyini dəyişmək istəməsə, Allah da onun taleyini dəyişməz. Seçim meyarı namizədin layiqliyidir deyən ilahiyyatçı bildirib ki, seçimin hansı meyarlar əsasında edildiyi, seçkilərdə iştirak edib-etməmıyin səbəbi və iştirakın formasına görə Allah və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar.
"Bunlar prinsipial məsələlərdir, çünki xalqın taleyinə təsir edir. Ona görə də məndən soruşursuzsa, deyirəm ki, seçkilərdə iştirak edin və seçimdə diqqətli olun ki, layiqli insanları seçəsiz", - Hacı Şahin Həsənli davam edib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin əsas təzahürü xalqın seçkilərdə iştirak etməsidir. Seçkilərdə fəal iştirak etməyi bir daha tövsiyə edən ilahiyyatçı bu seçkilərin xalqımıza və dövlətimizə xeyirli olmasını dua edib.
hacishahin.az