"Həzrət Fatimənin (s) mövlud günündə bir həqiqəti etiraf etməliyik. Biz xanımı tanıtdıra bilməmişik".
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Fatimənin (s) mövludu münasibətilə yazıb. Rəsmi səhifəsində təbrik paylaşan ilahiyyatçı Peyğəmbərimizin (s) əziz qızı haqda yazıb: "Xanım öz varlığı ilə tarixdə inqilab yaratdı. Qadınsayağı bir inqilab!"
Onun sözlərinə görə, yüzilliklər sonra dünyada qadın hüquqları uğrunda mübarizə başlayacaq, gender bərabərliyi adı ilə qadının kişiləşməsini tələb edəcəklər. Lakin, Həzrət Fatimə (s) tam başqa bir məktəb yaradıb - qadının qadınlığını qorunaraq azad olması.
"Bəşəri birlik elm və qanunla deyil, emosional bağlılıqla əldə oluna bilər ancaq. İnsanlıq yalnız ana ocağı ətrafında birləşə bilər. Həmin ANA Həzrət Fatimədir. Bəşəriyyətin gələcəyi də Fatimə (s) və onun simvolizə etdiyi dərin məhəbbət və emosional birlikdədir", - yazan Hacı Şahin Həsənli hər kəsi mövlud bayramı münasibətilə təbrik edib.
hacishahin.az
Fatimə - bəşəriyyəti birləşdirəcək anadır
15 Fevral 2020
760