Fevralın 16-sı gənc şair Eminquey Akifin "Günəbaxan" şeirlər kitabının təqdimatı və imza günü keçirilib. "Azərkitab" Kitab Mərkəzində keçirilən tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılaraq ürək sözləri ilə bölüşüb. İlahiyyatçı, şairin "mən Günəşi gözləyə-gözləyə günəbaxana çevirilmişəm" misralarını mənəvi və ictimai intizar fəlsəfəsi ilə əlaqələndirib.
Qeyd edək ki, təqdimatda ölkənin tanınmış sənət adamları, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər. Həmçinin Yaqub İlyasovun rəhbərlik etdiyi "Nəfəs" musiqi qrupu da çıxış edib. Jurnalist Lalə Əliyeva və aktyor Abdulqəni Əliyevin şeirlərdən ibarət bədii kompozisiya yaradıblar.
Tədbirin sonunda şair Eminquey imzası olan şeir kitablarını oxuculara hədiyyə etdi.
hacishahin.az