XƏBƏRLƏR

7 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla görüş

14 Aprel 2017 3481

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.

 

Aprelin 13-də növbəti maarifləndirici tədbir  7 saylı cəzaçəkmə müəssisəsində keçirilib. DQİDK-nın yaydığı məlumata əsasən, DQİDK Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Penitensiar xidmətin əməkdaşı İntiqam Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu hacı Şahin Həsənli də tədbirə qatılaraq məhbuslarla görüşüblər.

 

İlahiyyatçı  “İslamda vəhdət anlayışı” mövzusunda çıxış edib. Dini radikalizmin yaranma səbəbləri və təzahür formaları barədə də məlumat verən hacı Şahin Həsənli radikalizmin cəmiyyətdə törətdiyi fəsadlar, səbəb olduğu bəlalar haqqında danışıb. Daha sonar mövzu ətrafında müzakirələr aparılıb, məhkumların sualları cavablandırılıb.

 

hacishahin.az