Fevralın 23-ü "Müasir insanın tənhalıq dərdi" mövzusunda seminar keçirilib. "Park Inn" hotelində keçirilən seminarın təşkilatçısı gənc fəal Məcid Məcidlidir. Tədbirdə spiker olaraq ilahiyyatçı Hacı Şahin Həsənli, tibb elmləri doktoru, psixiatr Araz Manuçehri və fəlsəfə elmləri doktoru Mail Yaqub çıxış ediblər.
İlahiyyatçı Hacı Şahin Həsənli tənhalıq mövzusuna ailə müstəvisindən yanaşıb. Onun sözlərinə görə, mehribanlığın hökm sürdüyü möhkəm ailələrin üzvləri mənəvi və psixoloji cəhətdən daha güclü olurlar. Ona görə, ailədə hüquq deyil, məhəbbət dili ilə danışmaq gərəkdir.
Seminar sual-cavabla başa çatıb.
hacishahin.az