XƏBƏRLƏR

Novruz bayramınınız mübarək!

20 Mart 2020 1003

İlahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə Novruz bayramı münasibətilə təbrik paylaşıb:


"Novruz -" yeni gün" deməkdir. Gün isə, sadəcə təqvim vahidi deyil, insanın halı, vəziyyətidir həm də. Dünyada baş verən son hadisələr özümüz haqda düşünmək üçün bir fürsətdir. Həyatımızı və dünyamızı daha gözəl görmək istəyiriksə, mütləq baxışlarımızı, arzu və gözləntilərimizi yenidən gözdən keçirməliyik. Hər biriniz və bütövlükdə dünyamız üçün daha gözəl, isti və günəşli günlər arzusu ilə hamınızı təbrik edirəm!"


İlahiyyatçı təbrikini il dəyişərkən oxunan dua ilə tamamlayıb:


"Ey qəlb və baxışları, gecə və gündüzü, hal və durumu dəyişən! Halımızı gözəlləşdir".



hacishahin.az