XƏBƏRLƏR

Məbəs insanlığın ümid və xilasını tərənnüm edir

21 Mart 2020 1015

"On dörd əsr öncə xalqların əli hər yerdən üzüldüyü, qüdrətli imperiyalar əlacsız qaldığı, bütün məktəblər açıq-aşkar tükəndiyi bir dönəmdə, insanlıq ümidini göylərə bağladı. Bu ümid və gözləntilərin cavabı ən gözlənilməz yerdən gəldi. Allah-Təala Ərəbistan səhralığında, mədəni dünyanın ucqarlığında həzrət Məhəmmədi (s) peyğəmbər olaraq seçdi".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Məbəs bayramı münasibətilə sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, dünyanın canlanması cansız bir səhradan başladı. Ona görə də, Məbəs bayramı insanlığın ümid və xilasını tərənnüm edir:


"Bu gün də bəşəriyyət öz acizliyini dərk edib, özündən ümidsizliyə qapılır. Bu gün də tükənmiş dünya yenilənmə, canlanma arzulayır. Bu gün insanlıq gözünü göylərə dikib. Dünya yeni Məbəs intizarındadır. Bu gözləntilər cavabsız qala bilməz.


Müqəddəs Məbəs bayramı münasibətilə hamınızı təbrik edir, dirçəliş və yenilənmə arzu edirəm".



hacishahin.az