Aprelin 15-i tanınmış tarixçi Dilavər Əzimlinin iştirakı ilə "İslam dünyasında Azərbaycanın yeri və rolu" mövzusunda açıq mühazirə keçirilib. Tədbirin təşəbbüskarı və təşkilatçısı Məşədi Dadaş məscidi nəzdində fəaliyyət göstərən Darul-Hikmət Elm və Tədris Mərkəzi idi.
Yüzə yaxın tələbə və müəllimin qatıldığı tədbirdə İslamdan öncə Azərbaycanda təktanrıçılıq ənənəsi, İslamın Azərbaycana gəlişi, Dədə Qorqud dastanında erkən İslam tarixi, Əbu Musa, Babək, Şah İsmayıl və digər tarixi şəxsiyyətlər, məzhəblərarası birliyin kökləri, dini cərəyanlar və təriqətlərin Azərbaycanda dövlət quruculuğuna təsiri kimi mövzulara toxunuldu.
hacishahin.az