XƏBƏRLƏR

Məşədi Dadaş məscidi də koronavirusla mübarizəyə öz töhfəsini verdi

26 Mart 2020 2554

Məşədi Dadaş məscidi dini icması Azərbaycanda koronovirus pandemiyası ilə mübarizəyə öz kiçik töhfəsini verib. İcma, Koronovirusla Mübarizəyə Dəstək Fondunun hesabına 1000 manat ödəniş edib.


Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, maliyyənin həcmi böyük olmasa da, imkanlı və inanclı vətəndaşların bu işdə daha fəal olmağa təkan olacaq. Xalqın çətin günündə hər bir vətəndaş imkanı daxilində öz dəstəyini əsirgəməməlidir. Koronavirusla mübarizəni təqdir etdiyini bildirən ilahiyyatçı qeyd edib ki, təşvişə səbəb yoxdur. Əgər vətəndaşlar təhlükəsizlik təlimatlarına riayət etsə, tezliklə bu çətinlikdən çıxarıq. Onun sözlərinə görə, özünün və xalqın səhhətini qorumaq ilahi vəzifədir.


hacishahin.az