XƏBƏRLƏR

"Bu gecə eşidiləcəyimizə inanaq" - Hacı Şahin Həsənli

08 Aprel 2020 977

"Hamınızdan xahiş edirəm, bu gecə oyaq qalıb dua edəsiniz. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Səsimizin eşidələcəyinə inanaraq dua edək".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə Nimeyi-şaban gecəsi ilə bağlı paylaşımında yazıb. İlahiyyatçının sözlərinə görə, Allah peyğəmbərlərini göndərdi ki, bizə dəyərli olduğumuzu anlatsınlar. Onlar bizi qiymətə mindirməyə çalışdı, biz dəyərimizi anlamadıq, özümüzü qiymətdən saldıq:


"Biz o qədər dəyərliyik ki, sözümüzlə, istəyimizlə varlıq aləminin müqəddəratı dəyişə bilər. Buna inanırsınızmı?


Çox şey bizim istəyimizdən, iradəmizdən asılıdır. Allah bizim intizarımızdadır, bizi çağırır. Göylər yerə diqqət kəsilib: bəndələrim nə istəyəcək?...


İlahi, səni and verirəm bu gecə dünyaya gələn Xilaskarın hörmətinə, bizi nəfsimizin əsarətindən xilas et! Səni and verirəm bəşəriyyətə azadlıq bəxş edəcək şəxsin ehtiramına, bizi özümüzdən azad et!


Biz azad olaq ki, dünyamız əsarətdən azad olsun".

 

Qeyd edək ki, Nimeyi-şaban və ya Bərat gecəsi aprelin 8-i məğrib azanından sonra daxil olacaq.

 


hacishahin.az