XƏBƏRLƏR

"Bu gün xilas və ümid bayramıdır"

08 Aprel 2020 1040

Ilahiyyaçı Hacı Şahin Həsənli Həzrət Mehdinin (ə) mövludu ilə bağlı sosial şəbəkələrdə təbrik paylaşıb. Azərbaycan, rus və ingilis dillərində yazılmış təbrikdə deyilir:

 

"Bu gün Həzrət Mehdinin (ə), yəni Vəd olunmuş Xilaskarın mövlududur. Elə bu səbəbdən bu günü xilas və ümid bayramı adlandırmaq olar. İnsanlıq çox çətinliklər görüb, lakin hər bir çətinlikdən sonra yeni ümidlə yeni dünya qurmağa başlayıb. Hazırda da müasir tarixin görünməmiş bəlası ilə üz-üzə gəlmişik və nəticədən asılı olmayaraq, ən azından irəliyə bir addım atmış olacağıq.

 

Bu gün xilaskarın doğum günüdür. İnsanlığın ən gözəl xüsusiyyətlərinin təntənəsinə ümidləndirən bir bayramdır. Çünki, imamın uğuru onun arxasıca gedənlərin mənəvi gücü, ümidi və iradəsinə bağlıdır. Hər birinizi təbrik edir və heç zaman məyus olmamağı arzu edirəm.

 

Həqiqətən, Allahın nüsrəti yaxındır..."

 

 

 

hacishahin.az