Bu gün Azərbaycan Yazıçılar Birliyində tanınmış ictimai-siyasi xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, yazıçı Səyyad Aranın 65 illik yubileyi və "Sazaq" kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.
AYB-in Natavan klubunda təşkil olunan tədbirə Anar, Aqil Abbas, Mövlud Suleymanlı, Jalə Əliyeva və digər məşhur ədib, alim və ictima-siyasi xadimlər də qatılmışdılar. Yubilyarın həyat və yaradıcılığından söz açan qonaqlar, onun sadə xalq dilində yazdığını və sadə xalqın həyatından ilhamlandığını vurğuladılar.
Tədbirə qatılan ilahiyyatçı hacı Şahin Həsənli Səyyad Aranın DQİDK-də fəaliyyəti ilə bağlı danışmaqla yanaşı, "Sazaq" kitabına toplanmış povest və hekayələrin insanı həyat barədə düşünməyə vadar etdiyini, həyati mövzuları çoxşahəliyi ilə ortaya qoyduğunu bildirdi. "Səyyad müəllim alicənablıq göstərərək, öz ad günündə bizlərə kitab hədiyyə etdi," - deyən ilahiyyatçı yubilyarı təbrik etdi.
hacishahin.az