XƏBƏRLƏR

Məşədi Dadaş məscidindən Ramazan sovqatı

04 May 2020 1099

Aprel ayının əvvəllərindən başlayaraq Məşədi Dadaş məscidi dini icması karantin rejimi fonunda yardım aksiyası təşkil edir. Aksiyanı Ramazan ayında da davam etməyə qərara alan icma ehtiyaclı ailələrə Ramazan ayı sovqatları paylayırlar.

 

Məscidin imamı Hacı Şahin Həsənli bildirib ki, aksiya icmanın bir neçə üzvünün öz hesabına 80 ailəyə yardımından başlamışdı. Bu aksiya birdəfəlik idi və cəmiyyətdə xeyriyyəçiliyin təbliği məqsədilə sosial şəbəkələrdə paylaşıldı. Ondan sonra həm yardım etmək, həm yardım almaq istəyənlər müraciət etməyə başladılar və yardım aksiyası genişləndi və davamlı oldu.  

 

Qeyd edək ki, artıq üç minə yaxın ailəyə ərzaq yarıdımı göstərilib.

 

hacishahin.az