XƏBƏRLƏR

"Övliyaya dəyər verdikdə..." - mövlud təbriki

09 May 2020 962

"İlahi övliyanın fədakarlığı fərdi deyil, konseptual bir ictimai mövzudur".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli İmam Həsənin (ə) mövludu münasibətilə etdiyi paylaşımda yazıb. İlahiyyatçınını sözlərinə görə, cəmiyyətin övliyaya münasibətindən asılı olmayaraq o, cəmiyyətin rifahı və xoşbəxtliyi üçün çalışacaq:

 

"Cəmiyyət övliyaya dəyər verməklə, onun fədakarlığından daha çox yararlana biləcək. İctimai düzən yalnız insanın mənfəəti, izzəti və tərəqqisini təmin edəcək. Övliyaya dəyər vermədikdə isə, ictimai düzən insanın tamahı, paxıllığı və təkəbbürünə söykənəcək. Bu düzəndə övliyanın fədakarlığı azalmayacaq, lakin ondan faydalanmaq imkanı məhdudlaşacaq.

 

İmam Həsən (ə) bəlkə də bunu ən bariz şəkildə nümayiş etdirən Allah dostudur. Onun aldığı yara o qədər dərin idi ki, ictimai fəaliyyətinin kölgədə qalmasına səbəb olub. Bu yara dost və tərəfdarlarının vəfasızlığıdır. Onu düşmənlə sülhə vadar edən qarşı tərəfin gücü deyil, tərəfdarlarının xainliyi idi. Buna baxmayaraq İmam Həsən (ə) ən səxavətli və xeyirxah şəxsiyyət kimi tarixə düşüb. O, ona xəyanət edən insanların acınacaqlı durumuna tab gətirməyib bütün sərvətini onlar üçün bir neçə dəfə xərclədi, onların dinc həyatı üçün əlindən gələni etdi.

 

 Bir gün insanlığın övliyanın fədakarlığından kamil şəkildə yararlanması arzusu ilə hamınızı təbrik edirəm", - bu sözlərlə Hacı Şahin Həsənli mövlud təbrikini bitirib.

 

 

 

hacishahin.az