XƏBƏRLƏR

Məbəs bayramınız mübarək!

20 Aprel 2017 8104

Rəcəb ayının 27-si Məbəs bayramıdır.

 

Məbəs - həzrət Məhəmməd-Müstəfanın (s) ilk vəhy almaqla peyğəmbərliyə seçildiyi gündür. Yəni, bu gün həm də Qurani-Kərim nazil olmağa başlayıb.  

 


O həzrət (s) peyğəmbərliyə yetişməmişdən bir qədər əvvəl xalqdan uzаq gəzər, Hira mağarasında Allaha ibadət edərdi. Bir gün mağarada ikən yuxuya gedən həzrət Məhəmməd (s) görür ki, mağaraya mələk girir. Həmin andaca yuxudan oyanır və görür ki, mələk doğurdan da mağaradadır. Bu, Cəbrayıl (ə) idi. Vəhy mələyi ona deyir: “Oxu!” O da: “Oxuya bilmirəm,” – cavabı verdikdə, mələk bir daha təkrarlayır: “Oxu!”. Bu zaman peyğəmbər (s) soruşur: “Nə oxuyum?” Cəbrayıl buyurur: “Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi...” Həmin vaxt peyğəmbərimizin (s) qırx yaşı var idi.

 


Tarixin ən mühüm günlərindən olan Məbəs bayramında xüsusi ibadətlər tövsiyə olunub.  Bu gün qüsl almaq, çoxlu salavat demək, oruc tutmaq bəyənilən işlərdəndir. Məbəsin gecəsi və gündüzünə aid namazlar da var. Peyğəmbəri (s) və həzrət Əlini (ə) bu gündə yaxından ya uzaqdan ziyarət emək də xüsusi tövsiyə olunur.

 

Xatırladaq ki, bu il rəcəbin 27-ci gecəsi aprel ayının 24-ü məğrib azanından sonra daxil olur, rəcəbin 27-ci günü isə aprel ayının 25-nə təsadüf edir.

 

hacishahin.az