XƏBƏRLƏR

Hacı Şahindən Azərbaycana demokratiya dərsi keçənlərə sərt cavab

14 May 2020 693
"Azərbaycan xalqı çox haqsızlıqlarla üzləşib. Oğru elə qışqırdı, doğrunun bağrı yarıldı prinsipi ilə hərəkət edilib. Acısını çəkmişik. Gördüyümüz bütün həqiqətləri bizim ələyhimizə təqdim ediblər. Bu gün də davam edirlər".

 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahinli deyib.
 
 
O Azərbaycanı sevməyən qüvvələr qarşı mübarizə aparmağın lazım oldiğunu bildirib:
 
 
"Ona görə mən həmişə deyirəm ki, gəlib bizə burada azadlıq dərsi öyrətməsinlər. Problem varsa da, yoxsa da millət özü onu həll etməyə gücü çatar. Öz dövlətidir, hamı bir ailə kimidir. Kimsə kənardan gəlib, bizə azadlıq dərsi verməsin. Halbuki onlar özləri azadlığın qənimidilər. Gəlib, burada hesabatlar hazırlamasınlar. Biz bunu açıq-aşkar bilməliyik. Onların yaratdığı söz-söhbət mifdən başqa şey deyil. O sözlər artıq köhnəlib. Ağıllı insanların qulağından da keçmir".
 
 
Həmin videonu təqdim edirik:
 
 

 

 

azxeber.com