XƏBƏRLƏR

Məscidimizin yardım aksiyası bayram sovqatları ilə tamamlandı

23 May 2020 1771

İki ay öncə koronavirus pandemiyası fonunda dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da karantin rejimi başladı. Bu çətin durumda xalqa yardım etmək üçün Məşədi Dadaş məscidi dini icması Koronovirusla Mübarizəyə Dəstək Fonduna iyanə edir. Bir qədər sonra icma üzvləri öz hesablarına kiçik yardım aksiyası keçirdi. Qısa müddət ərzində sosial şəbəkələrdə bu yardım barədə xəbər yayıldı və məscidə həm yardım etmək, həm yardım almaq istəyənlər müraciət etməyə başladı. Beləcə, kiçik bir yardımlaşma uzunmüddətli və genişmiqyaslı  aksiyaya çevirildi. Orucluq ayında "Ramazan sovqatları",  Pasxada xristian soydaşlarımız üçün xüsusi bayram payları, Həzrət Əlinin (ə) şəhadət günlərində  şəhidlərin adından yardım, habelə uşaqlara oyuncaq və kitablar göndərildi. Ümumilikdə aksiyadan 3500-dən çox ailə yararlandı. Mayın 23-ü bayram paylarının paylanması ilə iki ay davam edən yardım aksiyası tamamlandı.

 

Məscdinin icması bu aksiyada zəhmət çəkən və dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edir.

 

VİDEO

 

 

 

  

FOTO

 

1

 

 

2

 

 

3

 

 

4

 

 

5

 

 

10

 

 

11

 

 

16

 

 

19

 

 

20

 

 

21

 

 

22

 

hacishahin.az