""Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik məqsədilə aprılan müzakirələri müsbət dəyərləndirirəm. Nəzərdə tutulan qanun dəyişiklikləri doğrudan da cəmiyyətə faydalı ola biləcək bir çox gənclərimizə yeni imkanlar yarada bilər".
Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib.
İlahiyyatçının sözlərinə görə, bir çox istedadlı tələbələr dini maarifin sağlam məcrada davam etməsinə öz töhfəsini verə bilər: "Düzdür, bəzən xaricdə təhsil alan tələbələr istər din sahəsində, istərsə də digər sahələrdə yad qüvvələrin təsiri altına düşmə təhlükəsi ilə üzləşirlər. Onlar da öz radikal düşüncələrini yaymağa cəhd göstərir və təhsil aldıqları ölkələrin siyasi maraqlarını həyata keçirirlər. Bununla yanaşı xaricdə təhsil almış tələbələrimiz arasında kifayət qədər vətənpərvər, sağlam düşüncəli vətəndaşlar var.
Düşünürəm ki, QMİ ilə müvafiq icra orqanlarına verilmiş səlahiyyətlər sayəsində bu xoşagəlməz halların qarşısını almaq mümkün olacaq. Ümumiyyətlə, din-dövlət münasibətlərini tənzimləyən qanunlar yalnız sadə qadağalara əsaslanmamalıdır, eyni zamanda tənzimlənmə mexanizmi təkmilləşməlidir. Qəbul ediləcək dəyişiklik bu istiqamətdə atılmış ciddi addım sayıla bilər".
hacishahin.az