İlahiyyatçı Hacı Şahin Həsənli uşaqları təbrik edib. Beynəlxalq uşaq müdafiəsi günü münasibətilə ilahiyyatçı rəsmi Facebook səhifəsində yazıb:
"Əziz uşaqlar! Bu gün Sizin müdafiə gününüzdür. Biz böyüklərdən olan təmənnalarınızı doğrulda bilməsək də, sizi çox sevirik. Siz, peyğəmbərimizin (s) təbiri ilə desək, cənnət güllərisiniz. Sizin qoxunuz, sizin çiçəklənməniz, sizin varlığınız ən böyük sevincimizdir. Vaxtı ilə biz də uşaq idik, bizim də ümid və təmənnamız var idi böyüklərdən... Bilirsiniz, dünyanı sevgi və ya nifrətlə dolduran biz özümüzük. Ona görə də, Sizə bir arzum var - uşaq məsumluğunu heç zaman əldən verməyin. Qəlbinizin böyüklüyünü, sevginizin sonsuzluğunu özünüzlə gələcəyə daşıyın. Böyümək adı ilə kiçilməyin".
hacishahin.az
"Məsumluğu əldən verməyin" - uşaqlara təbrik
01 İyun 2020
947