XƏBƏRLƏR

"Bizə demokratiya dərsi keçənlər..."

31 May 2020 624

İlahiyyatçı Hacı Şahin Həsənli postkorona dövrü ilə bağlı fikirlərini bölüşərək Qurani-Kərimdən bir neçə ayə paylaşıb. İlahiyyatçı yazıb:

 

Bizə demokratiya və azadlıq dərsi keçənlərin həqiqi siması üzə çıxır. Getdikcə, proses daha da şəffaflaşacaq. “Postkorona” dövrünün ilkin işartılarıdır, bəlkə də. Görənlərə əvvəldən bəlli idi, zatən. Zülmün iç üzü açılmayana qədər haqq tanınmaz. İnkar etmədən təsdiq edə bilməzsiniz.

 

Onlara: "Yer üzündə fəsad törətməyin!"-dedikdə: "Biz yalnız islah edənlərik", -deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

Bəqərə sürəsi, 11-12.

 

(Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.

 

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!

Bəqərə sürəsi, 204-205.

 

hacishahin.az