XƏBƏRLƏR

"Bəşəriyyətə şəhid nicat verəcək" - Hacı Şahin Həsənli

18 İyun 2020 824

"Şəhidlik dünyagörüşüdür. Şəhidlik yaşam tərzidir. Şəhidin bioloji ölümü onun mənəvi məqamının zühur etməsidir, sadəcə".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli şəhid Mübariz İbrahimovun anım günü  ilə bağlı yazıb. İlahiyyatçının yazdığına əsasən, şəhid qətlə yetirilməmişdən öncə artıq şəhiddir:

 

"Şəhid mənfəətmərkəzli düzənə qarşı qiyam edən qəhrəmandır. Şəhid öz haqqı uğrunda yox, haqqın özü uğrunda fədakarlıq edir. Bu düşüncədə olanlar çox olarsa, bütün haqq sahiblərinin haqqı özünə çatacaq.

 

Haqdan, ədalətdən dəm vuranlar çoxdur. Şəhid səmimiyyətini əməldə göstərib, pafoslu cümlələr quran saxtakarları ifşa edir, həm də.

 

Şəhid eşqə fəda olmaqla maddəyə məna qazandırır. Şəhid digərlərini fədakarlığa rəğbətləndirir, bu səbəbdən də düşmənin qorxulu röyasıdır. Bəşəriyyətə ŞƏHİD nicat verəcək!

 

Şəhadətin mübarək olsun, şəhid Mübariz!"

 

 

hacishahin.az