XƏBƏRLƏR

Torpağımıza, tariximizə nəfəs verən əsgərimiz...

26 İyun 2020 668

"Bu gün Azərbaycan əsgərinin günüdür. Hər zaman Vətənin keşiyində duran, hər birimizin asayiş və təhlükəsizliyi üçün canını sipər edən əsgərimizin günü".


Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə sosial şəbəkələrdə təbrik paylaşıb. İlahiyyatçı yazıb:


"Torpağımızın hər qarışına, tariximizin hər səhifəsinə şəhid əsgərin qanı, qəhrəman əsgərin şücaəti nəfəs verib. Azərbaycan ordusunu da qalib edəcək əsas amil döyüş hazırlığı ilə yanaşı, onun əsgərinin mənəvi gücüdür".


Bu günlərdə yeni səngərlərdə başqa qəhrəmanların da - Azərbaycan həkimlərinin vuruşduğunu, onların öz həyatı bahasına bizim həyatımızı qoruduğunu qeyd edən ilahiyyatçı davam edib:


"Ona görə bu gün bütün millət fədailərini, bütün cəbhələrdə vuruşan qəhrəmanları təbrik etmək istərdim. Allah tezliklə bizi müzəffər etsin! Bayramın mübarək, Azərbaycan əsgəri!"



hacishahin.az