Növbəti televiziya mövsümünün sona çatması münasibətilə Azərbaycan Televiziyası ictimaiyyət nümayəndələrinin öz telekanalı haqda fikirlərini öyrənib. Soğud aiştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli telekanal haqda aşağıdakıları deyib:
“AzTV hər zaman bir məktəb, nümunə olub. Televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir. Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq”.
hacishahin.az