XƏBƏRLƏR

"Düşmən anladığı dildə susdurulur" - Hacı Şahin Həsənli

14 İyul 2020 863

"Son günlərdə düşmənin atəşkəsi pozması nəticəsində həm hərbçilərimiz, həm mülki əhali arasında itkilər verdik. Allahdan bir daha şəhidlərimizə rəhmət diləyirik".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli son günlər baş verən hadisələrlə bağlı yazıb. Onun sözlərinə görə, rəşadətli Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verməkdədir:



"Erməni tərəfi itkilərini gizlətməyə çalışsa da, ordumuz tərəfindən ağır itkilərə məruz qalması dəqiqdir. Ermənistan növbəti dəfə heç bir prinsipə hörmət etmədiyini nümayiş etdirsə də, anladığı dildə susdurulur. Sevindirici haldır ki, bu gün xalqımız növbəti dəfə sarsılmaz birlik və ordumuza mənəvi dəstək nümayiş etdirir. Yüksək rütbəli zabitlərimizin qəhrəmancasına şəhid olması bir daha onu nümayiş etdirdi ki, vətən təhlükədə olanda hər bir Azərbaycan vətəndaşı onun uğrunda tərəddüd etmədən canını verməyə hazırdır. Bu qanlar mütləq öz təsirini göstərəcək və xalqımızın intiqam hissini daha da alovlandıracaq.


Allah ordumuzu qorusun! Allah ordumuzu müzəffər etsin!"

 

 


hacishahin.az