XƏBƏRLƏR

Gənclər intihar hallarına qarşı qısametrajlı film çəkib

25 Aprel 2017 1206

Xəzər Universitetində "Tormenta Media Production" tərəfindən ərsəyə gətirilən “Addım” qısametrajlı filminin təqdimat mərasimi keçirilib. İnteraz TV-nin verdiyi məlumata əsasən, tədbirdə ölkənin tanınmış psixoloq, ilahiyyatçıları, ictimaiyyət nümayəndələri, eləcə də Xəzər Universitetinin müəllim və tələbə heyəti iştirak edib. 



Çıxış edənlər bildirib ki, son illər cəmiyyətdə artan mənfi tendensiyalardan biri də intihar hadisəsidir. Artıq problem kifayət qədər ciddiləşib. Demək olar ki, hər gün bir nəfərin müəyyən səbəblərdən intihar etdiyi barədə xəbərlər yayılır. ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları cüzi də olsa artıb. Ona görə də intihar hallarına qarşı maarifləndici tədbirlərin keçirilməsi təqdirəlayiqdir.

 

İnteraz TV-yə müsahibə verən ilahiyyatçı hacı Şahin Həsənli qeyd edib ki, gənclərin bir araya gəlib məhdud imkanlarla intihar əleyhinə film çəkməsi təqdirəlayiq bir haldır. İntiharın həm mənəvi, həm psixoloji səbəbləri olduğu üçün, bu sahələrin mütəxəssisləri əl-ələ verib birgə mübarizə aparmalıdır.

 

Sputnik.az-ın məlumatına əsasən, "Addım" qısametrajlı filminin rejissoru və ssenari müəllifi  Elçin İsmayıldır. Filmin quruluşçu operatoru İmran Əsədovdur. Filmdə aktyorlar Samir Quliyev, Dəyanət Dənyarov, Fərid Yusifli və Vahid Neymətzadə çəkiliblər.

 

Elçin İsmayılın sözlərinə görə, filmi çəkməkdə məqsəd son zamanlar gündəmimizi zəbt etmiş intihar hallarının qarşısını almaqdır.

 

 

hacishahin.az