XƏBƏRLƏR

Qurban bayramınız mübarək!

31 İyul 2020 1577

İlahiyyatçı Hacı Şahin Həsənli rəsmi səhifəsində Qurban bayramı münasibətilə təbrik paylaşıb:

 

"Əziz dostlar! Qurban bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Allah bu bayram günündə bütün dualarımızı, o cümlədən, pandemiyanın tezliklə aradan getməsini və ordumuzun qələbəsini nəsib etsin!"

 

Onun sözlərinə görə, bu müqəddəs bayram bizə dünya bağlarından qopub ilahi eşqdə əriməyi öyrədir. Yalnız bundan sonra bütün varlıq aləminə həqiqi və ülvi məhəbbə bəsləyə bilərik.

 

"Sadəcə yaşamaq deyil, eşqlə yaşamaqdır insanlığın təməl dəyəri. Buna mane olan hər birimizin qəlbindəki "İsmayıldır" ki, xöşbəxtliyin yolu onu qurban verməkdən keçir. Allah qurbanlarınızı qəbul etsin. Bayramınız mübarək!" - deyə, ilahiyyatçı təbrikini bitirib.

 

 

hacishahin.az