XƏBƏRLƏR

Qədir-Xum bayramınız mübarək!

08 Avqust 2020 850

Bu gün Qədir-Xum bayramı münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli təbrik paylaşıb:


"On dörd əsr öncə bu gün Peyğəmbərimiz (s) tərəfindən Qədir-Xumda yeni və alternativsiz bir düzənin nəzəri əsasları elan edildi. Tarixin hazırkı məqamında, yeni qlobal sistemə ehtiyac hiss olunduğu bir zaman həmin düzənin alternativsizliyi daha aydın görsənir. Maddi və mənəvi rifahı bir araya gətirən, daxili aləmimizlə ətraf dünya arasında harmoniya yaradan, bütün fərqlilikləri ilə insanlığı birləşdirən yeni düzən. Nüvəsini insaniyyətin ən ali mücəssiməsi olan ilahi övliyaların təşkil etdiyi düzən".


Daha sonra Hacı Şahin Həsənli bildirib ki, Qədir-Xum keçmiş hadisə deyil, gələcəkdir: "Öz əlimizlə qurmalı olduğumuz gələcək. Bayramınız mübarək!"



hacishahin.az