XƏBƏRLƏR

Bu, özünü üstün görən “mədəniyyətin” zəifliyidir

14 Sentyabr 2020 721

"Peyğəmbərimizlə(s) bağlı karikaturaları ifadə azadlığı adlandırmaq isə hoqqabazlıqdan başqa bir şey deyil".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli karikatura ilə ibağlı hadisəyə fikir bildirərkən yazıb. İlahiyyatçı rəsmi səhifəsində paylaşdığı statusda yazıb:



"Qurana görə, mədəniyyətin təməlində zəifin güclənməsi, güclünün zəifə qayğısı durur. Ona görə hücum və həmləyə məruz qalan bəndələrinə Allah buyurur: "...Zəiflik göstərməyin! Bilin ki, onlar da sizin kimi acı çəkirlər..." Yəni sizə daş atan artıq iztirab içindədir, artıq zəifdir, siz də artıq onlara qalibsizniz.



Müasir mədəniyyətin qurucularından biri olan Freyd bu fikri bir qədər başqa şəkildə ifadə edib: "Təhqir sayəsində fiziki aqressiyanı söyüşlə əvəzləməklə, münaqişənin gücsüz tərəf üçün daha təhlükəsiz ötüşməsini təmin etmək mümkün olub". Bu fikrin davamında Freyd bildirirdi ki, məhz təhqirə yol verən insanlar mədəniyyəti yaradıblar. Görsənir tək onun yox, elə bir çoxlarının nəzərində mədəniyyət zəifliyini söyüşlə pərdələmək deməkdir.



Bu gün də iki düşüncə üz-üzə dayanıb. Özünü üstün kimi təqdim edən “mədəniyyətin” zəifliyi özünü təhqirlə ifadə etməsindədir.



Peyğəmbərimizlə (s) bağlı karikaturaları ifadə azadlığı adlandırmaq isə hoqqabazlıqdan başqa bir şey deyil".

 



hacishah