XƏBƏRLƏR

Tələbə adını qazanmış gənclərə təbrik

24 Sentyabr 2020 647

"Əziz gənclər, bu gün bir çoxunuz tələbə adı qazandınız. Siz artıq uşaqlıq illərini geridə qoyaraq, özünüzün və xalqımızın gələcəyinə görə məsuliyyəti üzərinizə götürdünüz".

 

Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli ali məktəblərə qəbul olunan gəncləri təbrik edib. Sosial şəbəkələrdəki rəsmi səhifəsində təbrik paylaşan ilahiyyatçı bildirib ki, ali məktəb yalnız təhsil ocağı deyil: 

 

"Universitet yalnız təhsil ocağı deyil, yaradıcı potensialınızı çiçəkləndirmək və azad düşüncə əldə etmək üçün bir məkandır. Heç bir maneə sizi yaradıcılıq və azad təfəkkürdən saxlamamalıdır. Ən çətin şəraitdə belə özünüzü inkişaf etdirməyə imkanınız var. Hansı sahəni seçdiyinizdən, hansı peşəyə yiyələnəcəyinizdən asılı olmayaraq, çiyninizdə cəmiyyətə xidmət etmək kimi böyük bir missiyanın olduğunu unutmayın. Bu zaman bütün çətinliklərə rəğmən, mütləq uğur əldə edəcəksiniz. Allah elmi mənimsəmək yolunda zehninizi açıq, uğurlarınızı bol etsin. Sizin uğurunuz hər birimizin uğurudur. Hamınızı təbrik edirəm!"

 

hacishahin.az