XƏBƏRLƏR

"Bu mübarizə haqq mübarizəsidir"

28 Sentyabr 2020 651

"Şanlı ordumuzdan anbaan xoş xəbərlər eşitməkdəyik. Azərbaycan əsgəri yüksək döyüş ruhiyyəsi və qələbə əzmi ilə əks-hücuma keçərək, qarış-qarış Qarabağımızı qaytarır".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Qarabağda gedən döyüşlərlə bağlı yazıb. İlahiyyatçı bildirib ki, xalqımız bu müqəddəs işdə yüksək əhval-ruhiyyə ilə ordumuzun yanındadır:

 

"Bu yolda şəhid olan və yaralanan igidlərimiz, səngərdə savavaşan qəhrəmanlarımız önündə baş əyir, Allahdan tezliklə qələbə xəbərini eşitməyimizi arzu edirəm. Heç şübhəsiz, bu ruhiyyədə olan əsgərlərimiz mütləq bizə qələbə sevincini yaşadacaqlar. Bu mübarizə haqq mübarizəsidir. Biz heç kimin torpağına təcavüz etməmişik, öz tarixi torpaqlarımızı isə heç kimə güzəştə getməyəcəyik. Allahın nüsrəti yaxındır".

 

hacishahin.az