Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli paytaxtın Nəsimi rayonunda şəhid Ələkbər Ələsgərovun dəfn mərasimində iştirak edib.
Şəhidi son mənzilə yola salmaq üçün Nəsimi RİH başçısı Asif Əsgərov, millət vəkili Ziyad Səmədzadə, ictimaiyyət nümayəndələri, din xadimləri, qazilər və ordu təmsilçiləri də dəfn mərasiminə qatılmışdılar.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Ələkbər İsgəndər oğlu Ələsgərov Füzuli istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.
hacishahin.az