XƏBƏRLƏR

Məşədi Dadaş məscidində Ərbəin

08 Oktyabr 2020 710

Oktyabrın 8-i paytaxtın Məşədi Dadaş məscidində Ərbəin - İmam Hüseynin (ə) qırx mərasimi keçirilib.

 

 

Onlayn rejimdə keçirilən mərasimdə məscidin imamı, ilahiyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib. İlahiyyatçı dində savaş və sülh mövzusuna toxunaraq Azərbaycan ordusunun haqq işi barədə də danışıb.

 

 

Daha sonra tanınmış Əhli-Beyt (ə) məddahı Seyyid Peyman Əsədov Milli Konservatoriya xorunun müşaiyəti ilə növhə və mərsiyələr oxuyub. Mərasim şəhidlərimizin ruhu və ordumuzun tezliklə qələbə çalması üçün dualarla başa çatıb.

 

 

hacishahin.az