XƏBƏRLƏR

"Bu, qorxaqlıq və gücsüzlükdür," - Hacı Şahin Həsənli Gəncə hadisəsi haqda

17 Oktyabr 2020 871

"Gecə ilə Gəncəni, hərbi əməliyyatlardan uzaq bir şəhəri, dinc və günahsız sakinləri raket atəşinə tutan Ermənistan bir daha öz əsl mahiyyətini göstərdi".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bu vəhşiliyin arxasında düşmən öz qorxaqlıq və gücsüzlüyünü gizlətməyə, panika yaratmağa çalışır:


"Ermənistan rəhbərliyi başqa xalqın qanına susamış şovinist və faşist rejim qurduğunu bir daha sübut etdi. Xain hücum nəticəsində şəhid olmuş həmvətənlərimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Qələbə bizimlədir!"


hacishahin.az