İlahiyyatçı Hacı Şahin Həsənli bu gün şəhid Dmitri Solntsevin dəfnində iştirak edib. Şəhidlə vida mərasimi yaşadığı həyətdə və kilsədə baş verib. Daha sonra Dmitri Solntsevin nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, Dmitri ixtisasca mühəndisdir. Koronavirus yayılmağa başladıqda könüllü olaraq mobil xəstəxanaların və tibbi avadanlıqların quraşdırılmasında iştirak edib. Qarabağ uğrunda müharibə başladıqdan sonra isə, o könüllü kimi ordu sıralarına yazılıb. Qubadlı uğrunda gedən döyüşlərdə Dmitri şəhid olub. Şəhidin bacısının bildirdiyinə görə, o Azərbaycan torpaqlarının işğalı ilə barışa bilmirdi.
Allah rəhmət eləsin!
hacishahin.az