"Bu gün dövlətçilik tariximizdə ən mühüm hadisənin - müstəqilliyimizin növbəti ildönümünü qeyd edirik".
İlahiyyatçı Hacı Şahin Həsənli müstəqillik günü ilə bağlı təbrik paylaşıb. Təbrikin davamında ilahiyyatçı yazıb:
"Bu illər ərzində biz bir millət olaraq sübut etdik ki, azadlığın məsuliyyətini daşımaq, öz taleyimizə görə cavabdeh olmaq, həyatımızı öz əllərimizlə qurmaq gücündəyik. Və nəhayət, igid əsgər və zabitlərimizin sayəsində "o gün olsun Qarabağda qeyd edək" arzumuz gerçəkləşir. Allah tezliklə bütün işğal olunmuş ərazilərimizə qovuşmağı nəsib etsin. Bayramınız mübarək!"
hacishahin.az