XƏBƏRLƏR

Hacı Şahin Həsənli Gəncədə şəhid Rauf Ələsgərovun ailəsini ziyarət etdi

29 Oktyabr 2020 1534

Oktyabrın 29-u ilahiyyatçı Hacı Şahin Həsənli Gəncə şəhərinə səfər edib. Səfər əsnasında ilahiyyatçı Gəncə Şəhidlər xiyabanına baş çəkib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna dualar oxuyub. Hacı Şahin Həsənli şəhid Rauf Əsgərovun anım günü ilə bağlı onun məzarını ziyarət edib, daha sonra şəhidin yas mərasiminə qatılaraq ailəsi ilə görüşüb.

 

Yas mərasimində çıxış edən ilahiyyatçı şəhidlik mövzusuna toxunub. Onun sözlərinə görə, şəhidlər xalqımızın özünə inamını gücləndirib, bir millət olaraq bizi birləşdirib. Şəhidlər dəyərli həyat yaşadıqları və insanlığı sevdikləri üçün bu məqama Allah tərəfindən seçilirlər. Daha sonra ilahiyyatçı şəhidin anası və qardaşı ilə də görüşüb.

 

 

hacishahin.az

 

 

Gence-shehid-1

 

Gence-shehid-2

 

Gence-shehid-3

 

Gence-shehid-4

 

Gence-shehid-5

 

Gence-shehid-6

 

Gence-shehid-7

 

Gence-shehid-9

 

Gence-shehid-10

 

Gence-shehid-11

 

Gence-shehid-12