Məşədi Dadaş məscidi dini icması şəhid Denis Proninin anım mərasiminə qatılıb.
Şəhidin evini ziyarət edən icma üzvləri onun ailə üzvləri ilə görüşüb, şəhid haqda söhbət ediblər. Şəhidin həyat yoldaşı bildirib ki, Denis Pronin bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra, yenidən hərbi xidmətə gedib generalın intiqamını almaq qərarına gəlib. O, oktyabrın 8-də, ağır döyüşlərin birində, Füzuli istiqamətindəki döyüşlərdə başından yaralanıb.
Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.
hacishahin.az